"Zirə"yə uduzan "Şerif" onunla yolları ayırdı

15.07.2024 22:57 242
Dünya futbolu / Manşet
"Zirə"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Şerif"də daha bir ayrılıq yaşanıb.

"Football-plus.az"ın məlumatına görə, Tiraspol təmsilçisi Ngah Sedriklə müddəti başa çatan müqaviləyə xitam verib. Futbolçu bu ölkənin digər klubu "Zimbru"ya keçib.

Qeyd edək ki, Sedrik ötən ilin yayında "Şerif"ə qoşulsa da, cəmi 6 matçda forma geyib və heç nə ilə yadda qalmayıb.

KƏNAN BAHADIR