"Zirə"nin rəqibi Bakıdadı

17.07.2024 13:39 318
Ölkə futbolu
"Zirə"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Şerif" (Moldova) Bakıya çatıb.

"Football-plus.az" xəbər verir ki, komanda üzvlərinin Heydər Əliyev Hava Limanından fotoları paylaşılıb.

Qeyd edək ki, "Zirə" və "Şerif" arasında cavab matçı sabah, saat 20.00-da "Liv Bona Dea Arena"da baş tutacaq. Moldovada gerçəkləşən ilk görüşdə Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv 1:0 hesablı qələbə qazanıb.