"Sumqayıt"ın 3-cü təsnifat mərhələsindəki potensial rəqibi bilindi

22.07.2024 17:00 325
Ölkə futbolu
"Sumqayıt"nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

Samir Abasovun yetirmələri turnirin 2-ci təsnifat mərhələsində Macarıstanın "Fehervar" kollektivini üstələyərsə, "Omoniya" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.