Messi DÇ rekordçusu oldu

18.12.2022 19:31 292
DÇ 2026
Dünya çempionatının final matçı keçirilir.

Football-plus.az xəbər verir ki, həlledici oyunda Argentina Fransa ilə qarşılaşır. Görüş cənubi amerikalıların superulduzu Lionel Messi üçün əlamətdar olub. O, dünya çempionatlarında keçirdiyi oyun sayını 26-ya yüksəldərək Lotar Matteusu geridə qoyub. Beləcə, Argentinanın kapitanı mütləq rekordçu adına sahib çıxıb.