“Neftçi”nin futbolçusu Emin Mahmudov Premyer-liqanın 19-cu turunun “Sumqayıt”la oyununda dubla imza atıb.
Yarımmüdafiəçinin ilk qolu ikiqat yubileylə əlamətdar olub.
"Neftçi"nin üzvü Azərbaycan çempionatında 20-ci qolunu vurub. İkinci dəfə fərqlənməklə bu sayı 21-ə çatdıran yarımmüdafiəçi flaqmanda 109-cu matçını keçirib.
Mahmudovun ilk topu həm də “Neftçi” karyerasında 30-cu olub. O, kubokda 2, avrokuboklarda 8 qola sevinib. “Ağ-qaralar”ın heyətində 136-cı dəfə meydana çıxan futbolçu ikinci topla qol sayını 31-ə yüksəldib.
2017-ci ildən “Neftçi”də çıxış edən Emin həm indiki komandasında, həm də premyer-liqadakı ilk qoluna həmin il noyabrın 19-da imza atıb. O, “Qəbələ” ilə ev matçında (2:3) fərqlənib.
Qeyd edək ki, “Neftçi” "Sumqayıt" 2:1 hesabı ilə məğlub edib.