"Neftçi"nin sabiq futbolçusu "Əl-Əhli"də

22.09.2025 23:23 27
Dünya futbolu
"Neftçi"nin bu yay yollarını ayırdığı Dembo Darbonun yeni klubu bəlli olub.

"Football-plus.az" xəbər verir ki, qambiyalı hücumçu Liviyada oynayacaq. 27 yaşlı forvard "Əl-Əhli"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, Tripoli təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Xatırladaq ki, 2024-cü ilin avqustunda "Neftçi"yə transfer olunmuş Darbo iyun ayında komandadan ayrılıb. O, “Neftçi”nin heyətində 19 rəsmi oyun keçirib, 5 qol vurub.