"Neftçi"dən ayrılan Brkiçin yeni klubu bilindi

10.07.2024 14:13 316
Ölkə futbolu
Bir neçə gün əvvəl “Neftçi”dən ayrılan İvan Brkiçin yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, xorvatiyalı qapıçı Polşanın "Motor" (Lublin) klubuna keçib.

Bu barədə Ekstraklasa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2022-ci ilin yanvarında "Neftçi"yə transfer olunmuş Brkiç bu müddət ərzində 68 oyun keçirib.