Elvin "Neftçi"də

22.01.2025 19:35 316
Ölkə futbolu
“Neftçi” növbəti transferini rəsmiləşdirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Daha öncə "Sabah"dan ayrılan Elvin Camalov "ağ-qaralar"la "1,5 + 1 i" şərti ilə müqavilə imzalayıb. 29 yaşlı dayaq yarımmüdafiəçi 4 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Qəbələ”nin yetirməsi olan Camalov “Zirə” və “Sabah” da çıxış edib. “Sabah”ın kapitanı olmuş təcrübəli futbolçu 2018/19 mövsümündə “Qəbələ” ilə ölkə kubokunu başı üzərinə qaldırıb. O, milli komandamızın heyətində 20 oyun keçirib.