"Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək

16.01.2026 11:32 15
Ölkə futbolu
Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Qurban Qurbanovun komandası əvvəlcə Xorvatiya təmsilçisi "Osiyek"lə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 12.00-da başlayacaq.

Ağdam təmsilçisi bu gün Polşa "Zaqlebye"si ilə də üz-üzə gələcək. Bu görüş isə 19.00-da start götürəcək.

Xatırladaq ki, "Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni 5:0 hesabı ilə məğlub etmişdi.