Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün daha iki yoxlama oyunu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın "Tvente" klubu ilə üz-üzə gələcək. İlk görüş Bakı vaxtı ilə saat 17.00-da, ikinci isə 19.15-də başlayacaq.
Qeyd edək ki, Qurban Qurbanovun komandası Avstriyadakı ilk sınaq matçında Ukraynanın "Metallist 1925" (Xarkov) klubuna uduzub - 4:5. "QarabaĞ" Bakıdakı yoxlama matçında isə "Zirə"yə 4:0 hesabı ilə qalib gəlib.
İyulun 15-də toplanışın son matçında isə "Qarabağ"ın rəqibi “Zalsburq” (Avstriya) olacaq.
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.