"Qarabağ"ın legioneri Əlcəzair millisinə çağırıldı

31.05.2024 15:05 174
Ölkə futbolu
“Qarabağ”ın futbolçusu Yassin Benzya Əlcəzair milli komandasına dəvət alıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Əlcəzair Futbol Federasiyası məlumat yayıb.

Baş məşqçi Vladimir Petkoviçin yığmaya cəlb etdiyi 25 futbolçudan ibarət siyahıda 29 yaşlı yarımmüdafəçi də yer alıb.

Benzia DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Qvineya (6 iyun) və Uqanda (10 iyun) matçlarında komandasına kömək edə bilər.