“Turan Tovuz” Türkiyəyə yollanacaq

13.07.2024 23:09 295
Ölkə futbolu
Yeni mövsümün hazırlığının ilk mərhələsini başa vuran “Turan Tovu” təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq.

"Football-plus.az" xəbər verir ki, ilun 13-dən 26-dək Ankaranın Qızılcahamam bölgəsində məskunlaşacaq “Turan Tovuz” bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.

Təlim-məşq toplanışı çərçivəsində keçiriləcək yoxlama oyunlarındakı rəqiblər haqda əlavə məlumat veriləcək.