“Zirə”nin 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşdi

19.06.2024 17:26 394
Ölkə futbolu
Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

“Football-plus.az” xəbər verir ki, mübarizəyə 1-ci mərhələdən başlayacaq Azərbaycan təmsilçisi "Zirə"nin də bu raunddakı potensial rəqibi bəlli olub.

Rəşad Sadıqovun komandası ilk turda Moldova "Şerif"ini keçsə, 2-ci mərhələdə “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə qarşılaşacaq. “Qartallar” mərhələ adlasa, 2-ci təsnifatda birinci oyunu Bakıda keçirəcək.

"Zirə" 1-ci mərhələnin ilk matçını iyulun 11-i, cavab görüşünü isə iyulun 18-də keçirəcək. 2-ci mərhələnin isə ilk oyunu iyulun 25-də, cavab matçı avqustun 1-də keçiriləcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul