Klubu ilə yenidən anlaşdı

11.06.2025 16:54 5
Dünya futbolu
Qabriel Maqalyans klubu ilə yenidən anlaşıb.

"Football-plus.az" xəbər verir ki, Braziliyalı futbolçu “Arsenal”la yeni müqavilə imzalayıb. London klubunun mətbuat xidmətinin məlumatına görə, Braziliya millisinin üzvü ilə yeni müqavilənin müddəti 2029-cu ilin iyununa qədərdi.

27 yaşlı müdafiəçi “Arsenal”da 2020-ci ildən çıxış edir. O, “topçular”ın heyətində 210 oyun keçirib və 20 qol vurub.