Hakim kimdi?

30.05.2026 18:00 7
Avrokuboklar
PSJ sanki Fransua Letesyeyə qənim kəsilib.

Paris nəhəngi ardıcıl iki mövsümdü finala yüksəldiyindən Letesyeyə ÇL-in şah oyununu idarə etmək qismət olmur. Halbuki bütün göstəricilərdə və səsvermələrdə fransalı iki ildi UEFA-nın ən yaxşı hakimidi.

Budəfəki final isə Daniel Zibertə həvalə olunub. 2015-ci ildən beynəlxalq oyunlara təyinat alan 42 yaşlı almaniyalı hakim üçün bu finalı karyerasının zirvə nöqtəsi saymaq olar. Çünki o, ümumiyyətlə, indiyə qədər UEFA-nın klub turnirlərində heç bir finalı idarə etməyib.

Zibert bu mövsüm ÇL-də 9 görüşə təyinat alıb. “Arsenal” 1/4 finalda “Sportinq” və yarımfinalda “Atletiko” üzərində qələbələri məhz bu hakimlə qazanıb. Ötən mövsüm “Mançester Yunayted”lə “Atletik” arasında AL-in yarımfinal matçında da fit sahibi olan Zibert AÇ-2024-də 2, AÇ-2020-də 3 görüşə təyinat alıb.

Maraqlıdı ki, 2017-də PSJ-nin “Barselona” önündə 1:6 fiaskoya uğradığı qarşılaşmada Zibert 4-cü hakim idi...

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul