Millimiz bu gün qrupda son oyununu keçirəcək

23.08.2023 11:34 254
Yığma
Qadın voleybolçulardan ibarət millimiz Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Ataman Güneyligilin yetirmələri yer aldıqları C qrupunun son matçında İsveçlə qarşılaşacaqlar.

Dörd turdan sonra 5 xalla qrupda üçüncü pillədə qərarlaşan yığmamız mərhələ adlamaq üçün son görüşündə də qələbə qazanmalıdır. Qarşılaşma Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.

Bu gün qrupun digər matçında Türkiyə yığması Yunanıstanı (19:00) sınağa çəkəcək. Qrup mərhələsinə avqustun 24-də keçiriləcək Çexiya – İsveç və Türkiyə - Almaniya oyunları ilə yekun vurulacaq.