"Qarabağ"ın yay hazırlıq planı bəlli olub.
“Football-plus.az” xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb. Ağdamlıla bu gündən yeni mövsümün hazırlığına başlayıb. Təlim-məşq toplanışının ilk mərhələsi Bakıda olacaq. İyunun 22-də komanda hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq. Avstriya toplanışındakı rəqiblər və hazırlıq prosesinin müddəti barədə daha sonra məlumat veriləcək.