“Zirə"nin yay hazırlıq planı bəlli olub.
"Football-plus.az" xəbər verir ki, iyunun 23-də bir araya gələcək komanda iyulun 17-nə qədər məşqlərini Bakıda keçirəcək. “Qartallar” hazırlığın birinci mərhələsində 2 yoxlama oyunu keçirəcək. Komanda iyulun 18-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. "Zirə" Bolu şəhərində "Vonresort" otelində məskunlaşacaq. Komanda bu müddətdə üç yoxlama oyunu keçirəcək. Matçların detalları ilə bağlı məlumat qarşıdakı günlərdə veriləcək.
"Zirə"nin yay hazırlıq planı bəlli oldu
Premyer-liqa


