"Araz-Naxçıvan" Türkiyəyə yollanacaq - hazırlıq planı

27.05.2025 14:58 41
Ölkə futbolu
“Araz-Naxçıvan”ın 2025/26 mövsümü ilə bağlı hazırlıq planı dəqiqləşib.

"Football-plus.az" xəbər verir ki, “qırmızı-ağlar” iyunun 14-dən iyulun 2-dək Bakıda məşq edəcək.

Hazırlığın ikinci mərhələsi Türkiyənin Ərzurum şəhərində reallaşdırılacaq. Muxtar Respublika təmsilçisi iyulun 3-də qardaş ölkəyə yola düşəcək. Ayın 17-dək davam edəcək hazırlıq müddətində 4 yoxlama oyunu keçirmək planlaşdırılıb. Sınaqçı-rəqiblər və tarixlər barədə əlavə məlumat veriləcək.