Xavi Simons böyük məyusluq içindədi.
"Football-plus.az" xəbər verir ki, “Tottenhem”in və Niderland yığmasının yarımmüdafiəçisi zədə səbəbindən DÇ-2026-nı buraxacaq. 23 yaşlı futbolçu İngiltərə premyer-liqasının 34-cü turunun “Vulverhempton”la keçirilən oyununda zədələnib. Ön çarpaz bağları qopan futbolçu ən azı bu ilin sonuna qədər yaşıl meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Niderland yığmasi bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək mundialda Yaponiya, İsveç və Tunis ilə F qrupunda mübarizə aparacaq.