Dünya çempionatında oynaya bilməyəcək

31.03.2026 11:34 12
Dünya futbolu
Argentina milli komandasının heyətində ciddi itki baş verib.

"Football-plus.az" xəbər verir ki, tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, “Strasbur”un hücumçusu Xoakin Panikelli diz bağlarından zədə alıb. 

23 yaşlı forvardın təxminən 6-7 ay meydana çıxa bilməyəcəyi gözlənilir. Bu isə o deməkdi ki, gənc futbolçu bu yay keçiriləcək dünya çempionatını buraxacaq.

Xoakin bu mövsüm “Strasbur”un heyətində meydana çıxdığı 39 matçda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.