Braziliya yığması DÇ-2026-nın Argentina ilə seçmə matçı ərəfəsində ciddi itki ilə üzləşib.
Komandanın aparıcı oyunçularından Vinisius Junior zədələnib. Onun sol bud əzələsində zədə aşkarlanıb. Buna görə də Vinisius noyabrın 21-də Rio de Janeyroda Argentina ilə keçiriləcək matçda iştirak edə bilməyəcək.
Forvard “Real”ın düşərgəsinə qayıdaraq, müalicəsini orada davam etdirəcək.