Ömər daha bir mövsüm "Araz-Naxçıvan"da

30.05.2025 12:14 7
Ölkə futbolu
“Araz-Naxçıvan” daha bir futbolçusu ilə başa çatan müqaviləni yeniləyib.

"Football-plus.az" xəbər verir ki, "qırmızı-ağlar" Ömər Buludovla yeni müqavilə imzalayıb. 26 yaşlı müdafiəçi növbəti mövsümdə də bu komandanın formasını geyəcək. Onunla anlaşma 1 il müddətini əhatə edəcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, qapıçılar Kristian Avram və Tərlan Əhmədli ilə də yeni müqavilə imzalayıb.