"Araz-Naxçıvan" 6 futbolçuyla müqavilə imzaladı

31.05.2024 12:00 205
Ölkə futbolu
Yeni mövsümlə bağlı transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” müqavilə müddəti başa çatan 6 futbolçu ilə ortaq məxrəcə gəlib.

"Football-plus.az" xəbər verir ki, Muxtar Respublika təmsilçisi Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson və Elçin Mustafayevlə yola davam edəcək.

Adları qeyd olunan futbolçular 2024/25-ci il mövsümündə də “Araz-Naxçıvan”ın heyətində yer alacaq. Bir neçə futbolçu ilə danışıqlar davam edir.

Qeyd edək ki, “Araz-Naxçıvan” Urfan Abbasov, Ömər Buludov, Tərlan Əhmədli və Ülvü İsgəndərovla da müqavilə imzalayıb.