“Araz-Naxçıvan”da yeni müqavilə

2.06.2025 10:56 10
Ölkə futbolu
Ötən mövsüm “Araz-Naxçıvan”ın heyətində yer alan Bəxtiyar Həsənalızadə ilə yeni müqavilə imzalanıb.

"Football-plus.az" xəbər verir ki, müdafiəçi növbəti mövsümü də “qırmızı-ağlar”ın heyətində keçirəcək.

“Araz-Naxçıvan” buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.