“Milan”da yubiley sınağını verdi

11.01.2026 18:54 34
Dünya futbolu
İtaliya A seriyasının 19-cu turunun “Cenoa” ilə matçı “Milan”ın baş məşqçisi Massimiliano Alleqri üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, təcrübəli mütəxəssis komandaya 200-cü oyunda başçılıq edib. Matç 1:1 hesabı ilə yekunlaşıb. “Milan” hazırda A seriyasında 18 oyuna 39 xalla 2-ci yeri tutur.

Xatırladaq ki, Alleqri “Milan”ı 2010-14-cü illərdə də çalışdırıb. O, karyerası ərzində “Yuventus”, “Kalyari” və “Sassuolo” komandalarına da rəhbərlik edib. O, 6 dəfə A seriyasının, 3 dəfə İtaliya Superkubokunun və 5 dəfə İtaliya kubokunun qalibi olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul