İtaliya kubokunun yeni rekordçusu oldu

16.05.2024 20:50 159
Dünya futbolu
Çərşənbə günü İtaliya kubokunun qalibi müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, finalda “Yuventus” 1:0 hesabı ilə “Atalanta”ya qalib gəlib. Turinliləri çalışdıran Massimiliano Alleqri turnirin yeni rekordçusu olub. O, ölkə kubokunu 5-ci dəfə qazanıb. Alleqri bu göstərici ilə kuboku 4 dəfə qazanan Roberto Mançini ilə Sven-Qoran Erikssonu arxada qoyub.

Xatırladaq ki, Alleqri 5 kubokun hamısını “Yuventus” ilə qazanıb. Təcrübəli mütəxəssis bu komandanı daha əvvəl 2015-18-ci illərdə ardıcıl 4 dəfə turnirdə qələbəyə daşıyıb.