1-ci liqada pley-off mərhələsinin nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.
"Football-plus.az" xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının, “Difai” və “Haypers Quba” klublarının nümayəndələri iştirak ediblər.
PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, “Difai” klubun prezidenti Asəf Məlikov, “Haypers Quba” klubun prezidenti Ayaz Abdullayev ilə təmsil olunub. Püşkatmaya əsasən “Difai” nominal meydan sahibi olub.
Qeyd edək ki, 1-ci liqa uğrunda pley-off qarşılaşması sabah "ASCO Arena”da keçiriləcək. Matç saat 16.00-da start götürəcək.