MS-ni yayda tərk edəcək

21.11.2025 14:20 6
Dünya futbolu
Bernardo Silva yayda “Mançester Siti”dən ayrılacaq.

"Football-plus.az" xəbər verir ki, rəhbərlik 31 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif edib. Lakin tərəflər razılaşa bilməyiblər. Qeyd olunub ki, Bernardo yayda “Mançester Siti”dən azad agent kimi ayrılacaq.

Artıq bir neçə klub Silvaya müqavilə təklif edib. Qeyd edək ki, portuqaliyalı futbolçu cari mövsümdə İngiltərə premyer-liqasında 11 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib. O, Çempionlar Liqasında 4 oyuna 1 qol vurub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul