2-ci liqaya vəsiqə uğrunda pley-off matçının tarixi

26.05.2025 17:01 23
Ölkə futbolu
2025/26 mövsümü üçün 2-ci liqaya vəsiqə qazanmaq uğrunda pley-off matçının vaxtı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, görüşdə cari mövsüm 2-ci liqada 13-cü yeri tutmuş “Lerik” ilə Region Liqasının ikincisi “Şirvan” üz-üzə gələck.

Qarşılaşma mayın 29-da, saat 16.00-da "ASCO Arena"da start götürəcək.

Bununla əlaqədar mayın 27-də, saat 11.00-da AFFA-nın inzibati binasında görüş keçiriləcək, oyunun keçirilməsi ilə bağlı digər detallar müzakirə olunacaq.