"Səbail" - "Qəbələ" oyununun başlama saatı dəyişdirildi

12.12.2023 11:55 183
Premyer-liqa
Misli premyer-liqasının 17-ci turunda keçiriləcək "Səbail" - "Qəbələ" oyununun başlama saatı dəyişdirilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, "ASCO Arena"nın işıqlandırma sistemində bir müddət öncə yaranmış problemə görə təmir-bərpa işləri hələ də davam etdiyi üçün qarşılaşmanın vaxtında dəyişiklik olub:

“Səbail” klubunun vəziyyətlə bağlı yenilənmiş müraciətinə əsasən, “Qəbələ” klubu PFL tərəfindən məlumatlandırılıb. PFL-in yekun qərarına əsasən, əvvəlcədən 17.00-da nəzərdə tutulmuş görüşün günü və məkanı eyni saxlanılmaq şərti ilə saat 13.00-da başlamasına qərar verilib".

Qeyd edək ki, "Səbail" - "Qəbələ" matçı dekabrın 15-də reallaşacaq.