Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır

17.10.2026 22:10 27
Ölkə futbolu
Azərbaycan oktyabrın 22-dən 30-dək ilk dəfə təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edəcək.

"Football-plus.az" xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən gənc futbolçuları Bakıda bir araya gətirəcək turnirə hazırlıq işləri davam etdirilir.

Qısa müddət ərzində yarış və tədbir məkanlarında genişmiqyaslı hazırlıq həyata keçirilib. Turnirin keçirilməsi üçün zəruri infrastrukturun yaradılması və təşkilati proseslərlə bağlı işlər görülüb.

Yarış ərəfəsində hazırlanan tanıtım videosunda da məhz bu proses əks olunub. Çarxda hazırlıq mərhələsindən müxtəlif görüntülər, görülən işlərin miqyası və qarşıdakı turnirin Bakıda yaratdığı futbol atmosferi nümayiş etdirilir.

FIFA U-15 Dünya Çempionatı və Festivalı müxtəlif ölkələrdən gənc futbolçuları beynəlxalq mühitdə bir araya gətirməklə yanaşı, Azərbaycanın dünya futbolunun yeni nəslinə ev sahibliyi etməsi baxımından da əlamətdar hadisə olacaq.

Turnir 22–30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək.