“Marsel”in aqibəti məlum olub.
“Football-plus.az” xəbər verir ki, Fransa klubunun sanksiyaya məruz qalacağı gözlənilirdi. Lakin Fransa Peşəkar Futbol Liqası “Marsel”i cəzalandırmamaq qərarına gəlib.
Xatırladaq ki, Liqa 1-in 10-cu turunun oktyabrın 29-da keçirilməli olan “Lion” ilə oyunu marselli azarkeşlərin rəqib komandanın avtobusunu daşa basması səbəbindən baş tutmamışdı. Hücum nəticəsində qonaq komandanın baş məşqçisi Fabio Qrosso xəsarət almışdı.
Fransa klubunun aqibəti məlum oldu
Dünya futbolu



