"Gəncəbasar" yeni sponsor tapdı

17.10.2026 21:55 54
Ölkə futbolu
"Gəncəbasar" "Thornhill Enterprises" şirkəti ilə sponsorluq anlaşması bağlayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə 1-ci liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, bu əməkdaşlıq sadəcə bir maliyyə dəstəyi deyil, futbolun inkişafı istiqamətində gələcəyə yönəlmiş böyük hədəfləri birləşdirən strateji addımdı.

Razılaşmaya əsasən, sponsor şirkətin loqosu klubun rəsmi sosial media hesablarındakı paylaşımlarda və komandanın oyun formalarında yer alacaq.