Kepa Arrisabalaqanın aqibəti müəyyənləşib. O, mövsümün sonunda “Real”ı tərk edəcək.
İnsayder Fabritsio Romanonun yaydığı məlumata görə, Madrid klubu 29 yaşlı qapıçını “Çelsi”dən birdəfəlik almayacaq. Buna görə də Kepa icarə müqaviləsinin müddəti sona çatandan sonra “Real”dan ayrılacaq və İngiltərəyə qayıdacaq.
Xatırladaq ki, İspaniya klubu Arrisabalaqanı ötən yay əsas qapıçısı Tibo Kurtuanın ağır zədələnməsindən sonra sıralarına cəlb etmişdi.