Donnarumma Milana qayıdacaq?

27.02.2025 07:57 256
Dünya futbolu
Canluici Donnarummanın bir neçə aydan sonra Milana qayıdacağı iddia edilir.

"Football-plus.az" xəbər verir ki, “İnter”in idman direktoru Pyero Auzilio PSJ-nn qapıçısını transfer edəcəkləri ilə bağlı məlumata münasibət bildirib.

O, bu iddianı “əlbəttə, Donnarummanın müqaviləsinin müddəti başa çatdıqdan sonra onunla maraqlana bilərik. Amma 2026-cı il hələ çox uzaqdadı. PSJ-nin buna icazə verəcəyini düşünmürəm. Hər şeyə real baxsaq, Yan Zommer və Xosep Martines kimi iki əla qapıçımız var” deməklə təkzib edib.

Xatırladaq ki, Canluici PSJ-yə 2021-ci ilin yayında “Milan”dan keçib.