Prestianninin qorxduğu başına gəldi

16.05.2026 12:45 87
Dünya futbolu
Canluka Prestianninin qorxduğu başına gəlib. FİFA Argentina yığmasının oyunçusuna tətbiq olunan cəzanı qloballaşdırıb.

"Football-plus.az" xəbər verir ki, “Reuters”in məlumatına görə, “Benfika”nın 20 yaşlı vingerinə verilən 6 oyunluq cəza artıq bütün rəsmi beynəlxalq turnirlərə şamil olunacaq.

Xatırladaq ki, gənc futbolçu Çempionlar Liqasının pley-off mərhələsində fevralda “Real”la keçirilən oyunda Vinisius Juniora qarşı irqçi davranışa görə UEFA tərəfindən cəzalandırılıb. İndi isə bu sanksiya FİFA-nın qərarı ilə qlobal xarakter alıb.

Bu səbəbdən Prestianni Argentina yığmasının heyətinə çağrılarsa, DÇ-2026-nın ilk oyunlarını buraxmalı olacaq. Amma Canlukanın bu yay keçiriləcək mundialda iştirak ehtimalı azdı. Yeri gəlmişkən, o, indiyədək milli formanı 2025-ci ildə yalnız bir oyunda geymək imkanı qazanıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul