Canluka Prestyanni gözlənilən cəzadan qaça bilməyib.
"Football-plus.az" xəbər verir ki, “Benfika”nın hücummeyilli yarımmüdafiəçisi Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Real”a qarşı keçiriləcək cavab oyununda iştirak etməyəcək. UEFA futbolçunun müvəqqəti bir oyunluq cəzalandırılması haqda qərar qəbul edib. Cəza argentinalı futbolçunun UEFA-nın Lissabondakı ilk matçla bağlı apardığı araşdırmanın ilkin hesabatına əsasən verilib.
Xatırladaq ki, həmin oyunda Vinisius Junior Prestyannini irqçi davranışlarda ittiham etmişdi. “Benfika”nın oyunçusu isə braziliyalının onu səhv başa düşdüyünü iddia etmişdi.
“Real” – “Benfika” matçı fevralın 25-də keçiriləcək.