ÇL-də hamını qabaqladılar

11.05.2024 17:30 157
Dünya futbolu / Çempionlar Liqası
Çempionlar Liqasında (ÇL) həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Bu nominasiyada “Borussiya”nın müdafiəçisi Mats Hummels qalib gəlib. Bu barədə UEFA-nın saytı məlumat yayıb. Hummels yarımfinalın PSJ ilə cavab oyununda komandasının 1:0 hesablı qələbəsində yeganə qolu vurmaqla və müdafiədə inamlı çıxışı ilə rol oynamışdı. O, UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda digər namizədi – Vinisius Junioru (Real) arxada qoyub.

ÇL-də həftənin ən baxımlı qolu da müəyyənləşib. Azarkeşlər arasında keçirilən sorğuda “Bavariya”nın müdafiəçisi Alfonso Devisin “Real”la oyunda (1:2) vurduğu qol daha çox səs toplayıb.