“İndiyədək 4000 bilet satılıb” - PFL

30.05.2024 11:35 200
Ölkə kuboku
"Qarabağ" və "Zirə" arasında keçiriləcək ölkə kubokunun final oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub

Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti paylaşım edib.

Qarşılaşma üçün indiyədək 4000 bilet satılıb.

Biletləri “Liv Bona Dea Arena” və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından saat 10.30-dan 18.00-a kimi əldə etmək mümkündü.

Qeyd edək ki, iyunun 2-də "Liv Bona Dea Arena"da keçiriləcək "Qarabağ" - "Zirə" matçı saat 20.00-da başlayacaq.