"Sabah" - "Levski" matçı üçün nə qədər bilet satılıb?

13.08.2025 16:14 43
Aktual / Konfrans Liqası
"Sabah" sabah Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Levski"ni qəbul edəcək. Bilindiyi kimi, Sofiyadan məğlub qayıdan "bayquşlar" (0:1) mərhələ adlasa, tarixində ilk dəfə avrokubokların pley-off mərhələsinə vəsiqə qazanacaq.

Bəs, belə əhəmiyyətli matç üçün indiyə qədər nə qədər bilet satılıb?

Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun "Football-plus.az"a verdiyi məlumata görə, hələ ki, bu rəqəm 5650-ə bərabərdi. Xatırladaq ki, oyunun keçiriləcəyi "Bank Respublika Arena"nın tamaşaçı tutumu 8700 yerlikdi. "Levski"ni səfər oyununda 400 bolqar tərəfdarın dəstəkləyəcəyini də vurğulayaq.

KƏNAN BAHADIR