“Çelsi” avrokuboklara buraxılmamaq təhlükəsi ilə üzləşib. Bu haqda “talkSPORT” nəşri məlumat yayıb.
"Football-plus.az" xəbər verir ki, London klubu Çempionlar Liqasına (ÇL) vəsiqə qazana bilməsə, ciddi maliyyə problemləri və sanksiyalar ilə qarşılaşa bilər. Hazırda premyer-liqada uğursuz nəticələrdən sonra 8-ci yerdə olan komandanın Avropa Liqası (AL) və ya Konfrans Liqasında (KL) oynamaq şansı da sual altına düşüb. Məlumata görə, ÇL-dən əldə olunacaq minimum qazancın itirilməsi klubun maliyyə vəziyyətinə ağır zərbə vura bilər. Əvvəlki illərdə “maliyyə feyr-pleyi” qaydalarını pozduğu üçün UEFA ilə xüsusi proqram çərçivəsində razılığa gələn və böyük məbləğdə cərimə ödəyən “Çelsi”nin bu dəfə daha ağır sanksiya alacağı gözlənilir.
Belə vəziyyətdə klubun büdcə kəsirini aradan qaldırmaq üçün futbolçu satışına getmək əvəzinə, vəsiqə qazanacağı halda AL və ya KL-də iştirakdan könüllü imtina edə biləcəyi də ehtimal olunur.