• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Çempionluq intriqası son həddə çatdı - İCMAL

Dünya futbolu

24-04-2026, 16:0

Premyer-liqada hesabat turu da yetərincə məhsuldar keçdi və maraqlı hadisələrlə zəngin oldu.

Təbii ki, ilk növbədə “Mançester Siti”nin “Arsenal”ı məğlub etməklə çempionluq intriqasını son həddə çatdırmasını vurğulamalıyıq. “Liverpul” özünə gəldi, “Çelsi” ilə “Tottenhem”in böhranı davam edir.

Bəlkə də məhz MS – “Arsenal” oyununun nəticəsi titul uğrunda mübarizədə həlledici rol oynayacaq. “Topçular” əsas izləyicisi ilə xal fərqini artıra bilərdi, ancaq nəticədə fərq minimuma endi. Çox dinamik tərzdə başlayan oyunun 16-cı dəqiqəsində Şerki MS-ni irəli çıxardı. Amma bundan dərhal sonra Donnarummanın kobud səhvindən yararlanan Haverts bərabərliyi təmin etdi. Erkən qollardan sonra oyun bir qədər sakitləşdi. Rəqiblər fəal şəkildə bir-birinə pressinq tətbiq edir, səhv etməkdən çəkinmirdilər, yaradıcılığa həvəs daha güclü idi, nəinki dağıdıcılığa. Belə mübarizə şəraitində komandaların fasiləyə heç-heçə ilə yollanması təəccüb doğurmadı. Amma fasilədən sonra “Siti” təzyiqi artırdı və rəqibi sıxışdırmağa başladı. “Arsenal” isə nadir əks-hücumlara bel bağlamaqla əsasən müdafiəyə diqqət yetirirdi. Holannın qolu oyunun məntiqi axarına uyğun idi. “Şəhərlilər” qoldan sonra da fəal göründü. “Arsenal” lap sonda bir qədər fəallaşdı, amma bu da rəqibin təzyiqi azaltması hesabına idi. Qələbəni qoruyan MS artıq liderdən cəmi 3 xal geri qalır. Hələ “şəhərlilər”in ehtiyatda bir oyunu da var. Bu isə o deməkdi ki, “Arsenal”la “Siti”nin xalı faktiki eynidi.

Turun digər mərkəzi oyununda “Çelsi” “Mançester Yunayted”i qəbul etdi. Və “zadəganlar” yenə də uduzdu. Maraqlıdı ki, onlar ilk yarıda MY-dən yaxşı oynadı, ancaq Kunyanın 43-cü dəqiqədə vurduğu qol həlledici oldu. Fasilədən sonra “Çelsi” hesabı bərabərləşdirməyə çalışsa da, həm qapıçı Lammens etibarlı oynadı, həm də meydan sahiblərinin son zərbələrində dəqiqlik çatmadı. “Qırmızı şeytanlar” müdafiə xəttində De Liqt, Maquayr və Martinesin xidmətindən məhrum olsalar da, rəqibin təzyiqinin öhdəsindən gəlməyi bacardılar. Bəli, mankunianlar azarkeşlərinin istədiyi kimi görünmədi, ancaq əsas odu ki, nəticə var. Onların heyətində Fernandeş tərifi hamıdan çox haqq edir. Ona görə ki, məhsuldar ötürmə verməklə yanaşı, komandasının hərəkətlərini idarə etdi. Kapitan bu oyunun əsas adamı idi. “Çelsi” ilk yarıya görə məğlubiyyətə layiq olmasa da, bütün oyunu nəzərə alanda MY-nin qələbəsi ədalətlidi.

Amma “Liverpul”un “Everton”la derbidəki qələbəsini məntiqli saymaq çətindi. “Qırmızılar” “göylər”i qətiyyən üstələmədi, hətta bir çox hallarda hücumların keyfiyyəti və kəskinliyi baxımından uduzdular. Ancaq futbolda belə də olur. Oyunun əvvəlində “Everton” üstün olsa da, yarım saatın tamamında “Liverpul” hesabı açdı. Yalnız 2-ci hissənin əvvəlində meydan sahibləri bərabərliyi, həm də ədaləti bərpa etdi. Ardından meydanda bərabər səviyyədə oyun getdi, qol vəziyyətlərinin sayı azaldı. Zədələr, fasilələr və dəyişikliklər fonunda oyun məntiqi heç-heçəyə doğru gedirdi. Sanki komandalar özü də bu hesaba razı idi. Və elə bu məqamda “Liverpul” silkələndi, uzatma dəqiqələrində hücuma atıldı. 100-cü (!) dəqiqəyə təsadüf edən sonuncu künc zərbəsi “Everton” üçün faciəvi oldu - ənənəvi üslubda fərqlənən Van Diyk komandasına ÇL-ə vəsiqə yolunda önəmli qələbə qazandırdı.

ÇL-ə can atan “Aston Villa” “Sanderlend”i məğlub etdi. 7 qolun vurulduğu oyunda son nöqtəni 90+3-cü dəqiqədə Abraham qoydu. Roberto De Zerbinin rəhbərliyi altında 2-ci oyununu keçirən “Tottenhem” “Brayton”la oyunda iki dəfə irəli çıxsa da, qələbəni qoruya bilmədi. “Mahmızlar” premyer-liqada sonuncu qələbəsini ötən il dekabrın 28-də qazanıb, həmin gündən bəri keçirdiyi 15 oyunun 9-da uduzub, 6-da heç-heçə edib.
Elitada yerini qorumağa çalışan “Tottenhem”dən fərqli “Bornmut” avrokuboklara vəsiqə uğrunda oynayır. Səfərdə “Nyukasl”ı məğlub edən Andoni İraolanın komanası premyer-liqada yanvardan bəri uduzmayıb. 13 məğlubiyyətsiz oyun klub tarixində ən uzun belə seriyadı.

Turun qalan oyunlarına gəlincə, “Lids” ardıcıl 2-ci qələbə sayəsində təhlükəli zonadan bir qədər uzaqlaşdı. Eyni sözləri Gibbs-Uaytın het-triki sayəsində “Bernli”ni darmadağın edən “Nottingem Forest” haqda da demək olar. “Meşəçilər” son 5 turda uduzmayıb. Turun iki oyununda hesab açılmadı – “Brentford”la “Fulhem”, “Kristal Pelas”la “Vest Hem” qolsuz heç-heçəyə razılaşdı.

33-cü tur
Mançester Siti – Arsenal 2:1

Şerki, 16. Holann, 65 – Haverts, 18. (52523)
MS: Donnarumma, Nunyeş, Xusanov, Qehi, O’Rayli, B.Silva, Rodri (Niko, 88), Semenyo (Ake, 90+6), Şerki (Foden, 85), Dokyu (Savinyo, 88), Holann.
Arsenal: Rayya, Moskera (Uayt, 74), Saliba, Qabriel, İnkapye, Edeqor, Subimendi (Dyökereş, 84), Rays, Madueke (Martinelli, 46), Haverts, Eze (Trossar, 74).

Çelsi – Mançester Yunayted 0:1
Kunya, 43. (39733)
Çelsi: Sançes, Hüsto (Açimponq, 81), Fofana (Çaloba, 81), Hato, Kukurelya, Fernandes (Lavia, 88), Kaysedo, Estevao (Qarnaço, 16), Palmer, Neto, Delap.
MY: Lammens, Dalot, Mazraui, Heven, Şou, Kazemiro, Maynu, Mbemo (Zirkzee, 87), Fernandeş, Kunya (Maunt, 81), Şeşko (Diallo, 80).

Everton – Liverpul 1:2
Betu, 54 – Salah, 29. Van Diyk, 90+10. (52585)
Liverpul: Mamardaşvili (Vudman, 58), Soboslai, Van Diyk, Konate, Robertson (Kerkez, 86), Qravenberx, Cons, Salah, Virts (Makallister, 84), Qakpo (Frimponq, 84), İsak (Nqumoa, 72).

Aston Villa – Sanderlend 4:3
Uotkins, 2; 36. Rocers, 46. Abraham, 90+3 – Riqq, 9. Hyum, 86. İzidor, 87. (42599)

Tottenhem – Brayton 2:2
Porro, 39. Simons, 77 – Mitoma, 45+3. Rütter, 90+5. (61167)

Nyukasl – Bornmut 1:2
Osula, 68 – Tavernye, 32. Tryuffer, 85. (52109)

Lids – Vulverhempton 3:0
Castin, 18. Okafor, 20. Kalvert-Lüin, 90+5-p. (36840)

Nottingem Forest – Bernli 4:1
Gibbs-Uayt, 62; 69; 77. Jezus, 90+8 – Flemminq, 45+2. (29458)

Brentford – Fulhem 0:0
(17171)

Kristal Pelas – Vest Hem 0:0

1. Arsenal 33 21 7 5 63-26 70
2. Mançester S. 32 20 7 5 65-29 67
3. Mançester Y. 33 16 10 7 58-45 58
4. Aston Villa 33 17 7 9 47-41 58
5. Liverpul 33 16 7 10 54-43 55
6. Çelsi 33 13 9 11 53-42 48
7. Brentford 33 13 9 11 48-44 48
8. Bornmut 33 11 15 7 50-50 48
9. Brayton 33 12 11 10 45-39 47
10. Everton 33 13 8 12 40-39 47
11. Sanderlend 33 12 10 11 36-40 46
12. Fulhem 33 13 6 14 43-46 45
13. Kristal Pelas 32 11 10 11 35-36 43
14. Nyukasl 33 12 6 15 46-49 42
15. Lids 33 9 12 12 42-49 39
16. Nottingem Forest 33 9 9 15 36-45 36
17. Vest Hem 33 8 9 16 40-57 33
18. Tottenhem 33 7 10 16 42-53 31
19. Bernli 33 4 8 21 34-67 20
20. Vulverhempton 33 3 8 22 24-61 17

Bombardirlər:
Holann (MS) – 23, Tyaqo (Brentford) – 21, Semenyo (Bornmut) – 15, Pedro (Çelsi) - 14.

Turun rəqəmi
100 – Soboslai premyer-liqada 100 oyun həddinə çatan 2-ci macar futbolçudu. Ona qədər Macarıstandan yalnız bir futbolçu bu zirvəni fəth etmişdi. Söhbət 2004-13-cü illər aralığında “Vest Bromviç”lə “Fulhem”in heyətində 172 oyun keçirən Zoltan Geradan gedir.

Turun ulduzu
Morqan Gibbs-Uayt (Nottingem Forest) – komandanı az qala təkbaşına çiyninbə daşıır, elitada qalmaq üçün əlindən gələni edir. Təcrübəli yarımmüdafiəçi hesabat turunda – “Bernli” ilə oyunda het-trik etməklə cari mövsümdəki qollarının sayını 12-yə çatdırdı.

Turun sitatı
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Hər oyun fərqli yanaşma tələb edir. Bəzi aparıcı oyunçularımız zədəlidi. Onların mümkün qədər tez dönməsi lazımdı. Premyer-liqada mübarizə praktiki cəhətdən yenidən başlayır. Rəqibin ehtiyatda bir oyunu var, biz 3 xal öndəyik. Son 5 oyun qalıb, hər şey yenidən başlayır”.


Faktlar
* “Arsenal” ölkədaxili turnirlərdə ardıcıl 4-cü məğlubiyyətlə üzləşdi. “Topçular” buna qədər Liqa kubokunun finalında “Siti”yə (0:2), ölkə kubokunun 1/4 finalında “Sauthempton”a (1:2), premyer-liqada “Bornmut”a (1:2) uduzmuşdu. London klubu Artetanın dönəmində ilk dəfə milli turnirlərdə ardıcıl 4 oyunda uduzub. “Arsenal”ın sonuncu belə qələbəsiz seriyası 2018-in martında olmuşdu.
* “Liverpul” “Everton”un qapısından qələbə topunu 100-cü dəqiqədə keçirdi. “Liverpul” premyer-liqa tarixidə “Everton”la oyunlarda 6-cı dəfə qələbəni 90-cı dəqiqədə və ondan sonra vurulan qolla qazandı. Bu isə premyer-liqa tarixində rekorddu. Heç bir başqa komanda eyni rəqibə bu sayda belə gec qələbə qolu vurmayıb.
* “Arsenal”ın qapısına yol tapan Holann premyer-liqanın cari mövsümündə “qol+ötürmə” göstəricisində 30 xala hamıdan tez çatdı. Norveçli ulduz çempionatda keçirdiyi 31 oyunda 23 qol vurub, 7 məhsuldar ötürmə verib. O, karyerasında 3-cü dəfə mövsüm ərzində 30 məhsuldar hərəkət həddinə çatdı. Bunu yalnız Tyerri Anri (4 mövsüm), Harri Keyn (4), Alan Şirer (5) və Məhəmməd Salah (5) daha çox bacarıb.
* Mersisayd derbisində 9-cu dəfə fərqlənən Salah Stiven Cerrardın bu göstəricidəki rekordunu təkrarladı.
* Cari mövsümdə 18-ci dəfə məhsuldar ötürmə verən Fernandeş Sesk Fabreqas (2014/15), Frenk Lempard (2004/05), Kevin De Bruyne (2016/17) və Məhəmməd Salahın (2024/25) göstəricisini təkrarladı. Premyer-liqada bir mövsümdə bundan çox məhsuldar ötürmə verməyi yalnız Tyerri Anri (2002/03 mövsümündə 20), Kevin de Bruyne (2019/20 mövsümündə 20) və Məsut Özil (2015/16 mövsümündə 19) bacarıb.
* “Çelsi” son 28 ildə ilk dəfə premyer-liqada ardıcıl 4-cü oyunda uduzdu, özü də bir qol da vurmadan. London klubu bütün tarixi boyunca çempionatda yalnız bir dəfə bundan da uzun məğlubiyyət seriyası ilə üzləşib – 2012-nin noyabrında ardıcıl 5 oyunda uduzub.

Oyundan sonra
Arne Slot, “Liverpul”un baş məşqçisi:
“Azarkeşlər iki qeyri-adi komanda – PSJ və “Mançester Siti” ilə necə oynadığımızı və uduzduğumuzu gördü. Ancaq bu gün elə gündü ki, onlar sevinməlidi. Biz də sevinir və qələbədən ləzzət alırıq. Bizlə azarkeşlər arasında heç bir fərq yoxdu. Biz də mövsümü bundan da yaxşı keçirmək istəyərdik. Ancaq açıq-aşkar görünən səbəblər üzündən bunu bacarmadıq. Komandada iki əsas qapıçının zədələnməsinə tez-tezmi rast gəlinir?! Bax, bizim üçün mövsüm belə keçib. Bu gün qələbə qazana bildik, əsas olan budu”.

Pep Qvardiola, MS-nin baş məşqçisi:
“Bəli, əlbəttə, titul uğrunda mübarizə aparırıq, bəli, ümidimiz var. Qorxunc təqvimimiz var idi, turnir cədvəlinin zirvəsində deyilik. Hələ ki “Arsenal” İngiltərənin ən yaxşı komandasıdı, ancaq biz özümüzə sona qədər mübarizə aparmaq imkanı qazandırdıq. Düşünmürəm ki, “Arsenal” hazırda pis formadadı. Bu gün biz gerçəkdən çox yaxşı oynadıq. “Arsenal” çox rəqabətədavamlı komandadı – bunu bilirik. Ancaq biz də rəqabətədavamlıyıq. Turnir cədvəli hər şeyi deyir. Uşaqları təbrik edirəm, ancaq konsentrasiyanı itirmək olmaz. Çərşənbə günü ehtiyatdakı oyunumuzu keçirəcəyik (“Kristal Pelas”la – red.), qalib gəlsək, 1-ci yerdə ola bilərik. Ondan sonra da beş çətin oyunumuz var”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-05-2024, 18:0

Premyer-liqada amansız çempionluq mübarizəsi - “Arsenal” liderdi, hər şey MS-nin əlindədi, “Liverpul”a möcüzə lazımdı

Dünya futbolu

19-04-2023, 12:0

“Arsenal”la “Siti” arasındakı xal fərqi bir qədər də azaldı – TURUN ŞƏRHİ

Dünya futbolu

4-04-2025, 16:0

“Arsenal” qalib gəldi, MY yenə uduzdu - İCMAL

Dünya futbolu

8-03-2023, 21:0

İngiltərə premyer-liqasının 26-cı turu ilə bağlı MARAQLI FAKTLAR

Dünya futbolu

5-04-2023, 22:0

Liderlər hərəyə 4 qol vurdu, MY 3-cü yeri təhvil verdi – 29-cu turun şərhi

Dünya futbolu

2-02-2024, 23:0

“Arsenal” “meşəçilər”in öhdəsindən gəldi

Aktual
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
Son xəbərlər
  • Bu gün, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Bu gün, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Bu gün, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Bu gün, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Bu gün, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Bu gün, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Bu gün, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Bu gün, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Bu gün, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Bu gün, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Bu gün, 16:33
    Milli komandaya qayıtdı
  • Bu gün, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 15:31
    Şimali Amerikaya yollandı
  • Bu gün, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Bu gün, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Bu gün, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Bu gün, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Bu gün, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Bu gün, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Bu gün, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Bu gün, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Bu gün, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Bu gün, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Bu gün, 10:36
    Milli komandaya qayıtdı
  • Bu gün, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 126
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə