U-19 millimiz Şimali İrlandiyaya qarşı

28.03.2026 12:16 22
Ölkə futbolu
U-19 millimiz bu gün Avropa çempionatının seçmə mərhələsində 2-ci oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, İlham Yadullayevin baş məşqçilik etdiyi komanda Şimali İrlandiya ilə qarşılaşacaq.

B Liqasının 6-cı qrupunun matçı Litvanın Kaunas şəhərindəki "Raudondvario" stadionunda təşkil olunacaq və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Xatırladaq ki, millimiz ilk oyunda Litvaya uduzub - 0:4.