Millimiz seçmə mərhələyə 0:4-lə başladı - AÇ

25.03.2026 22:57 15
Ölkə futbolu
19 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində bu gün ilk oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan millimiz Litvanın Kaunas şəhərində yerli komanda ilə qarşılaşıb.

“Raudondvario” stadionunda keçirilən matç Azərbaycan yığmasının 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Yığma növbəti görüşünü martın 28-də Şimali İrlandiyaya qarşı keçirəcək.