Millimiz Litvaya qarşı

10.11.2024 11:55 229
İdman
Basketbolçulardan ibarət millimiz bu gün AÇ-2025-in seçmə mərhələsində növbəti oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu komandanın C qrupunda 4-cü matçı Litvaya qarşı olacaq. Polşada keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, millimiz daha əvvəl Litva (62:99), Polşa (51:105) və Belçikaya (28:136) uduzub.