U-19 millimiz Şimali İrlandiya ilə üz-üzə gələcək

18.02.2025 11:27 274
Ölkə futbolu
19 yaşadək qadın futbolçulardan ibarət millimiz bu gün Avropa çempionatının 2-ci seçmə mərhələsində ilk oyununu keçirəcək.

"Football-plus.az" xbəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan yığma Şimali İrlandiya ilə üz-üzə gələcək.

Albaniyanın paytaxtı Tiranadakı “House of Football Natural Pitch” stadionunda təşkil olunacaq qarşılaşmanı rumıniyalı Roksana Rekorean idarə edəcək.

Matç Bakı vaxtı ilə saat 14.30-da başlayacaq.