• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Hər nəticəyə razı olmaq lazımdı, amma ümidimiz böyükdü" - Ayxan Abbasov

Ölkə futbolu / Manşet

26-03-2026, 19:0

Millimizin baş məşqçisi Ayxan Abbasovun sabah Sent Lüsiyaya qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransı təşkil olunub.

"Football-plus.az" xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

– Niyə millidə Yusif İmanov yoxdu?
– Niyə olmalıdı? Yusifin legioner karyerası yaxşı alınmadı. “Kəpəz”ə qayıdandan sonra bir neçə oyunda özünü yaxşı göstərdi. Qapıçı mövqeyi bizim üçün çətindi. Çempionatda da komandalar legionerlərə üstünlük verir, rəqabət var. Rəqabətdə qalib gəlməlidilər. Millinin hər dəfə siyahısı çıxanda hansısa adlar önə gətirilir. Necə ki, Mahir Emrelini Fransa ilə oynadanda çox qınadılar. Amma həmin vaxtdan sonra komandasında ona qarşı fikirlər müsbətə dəyişdi. Futbolun yazılmamış qanunları var. Nəyisə bilir, görürüksə, çağırırıq. Şahruddinlə bağlı həkimlərlə danışdıq və tam hazır olduqlarını bildirdilər. Kapitanımızdı, liderlik keyfiyyəti var. Məşqlərdə də o qədər əzmkardı ki, onu gələcək toplanışa da düşünürük. Gələcəkdə Yusif və ya digərləri daha yaxşı olacaqsa, çağırılacaq. Daha əvvəl Kamran və Mehdini deyirdilər, bu dəfə adları hallanmır. Bütün futbolçulara qapılar açıqdı.

– Növbəti rəqib bizdən çox zəifdi. Sabah böyük hesabla qalib gəlib, tarixi nəticə düşünürsüz?
– Bu iki oyunda daha çox komanda olmağa çalışacağıq. Əvvəlki matçlarda rəqiblər çox imkan vermirdi. Bu oyunlarda maksimumu etməyə çalışacağıq. İnanıram ki, yaxşı toplanış keçirəcəyik.

– 11-ci yerdə gedən komandadan iki qapıçı çağırmaq nə dərəcə məntiqlidi?
– Bu sual mənə qəribə gəlir. Premyer-liqada 11-ci yerdə gedən komandadan başqa hansında yerli qapıçı əsas heyətdədi? Fikirlərinizə hörmətlə yanaşıram. Baxırıq, qapıçıların durumlarını nəzərə alırıq. Hazırda Rza və Yusif əsas heyətdədi. “Sumqayıt”da da gənc qapıçı var, Xəyal. O da U-21 yığmamızın vacib üzvüdü. Xəyalın da bu gün performansına baxırıq, böyük oyunlar üçün hazırdımı? Bunlara baxırıq. Yoxlanış üçün vaxtımız yoxdu. Əsas milli hazırdı və yoxlanış edək deyə fikir yoxdu. Gələcəkdə U-23 millimiz olarsa, belə oyunçuları orda yoxlama olar. Bizdə o qədər vaxt yoxdu indi sınaq edək.

– Bu mövsüm sizin üçün ən böyük çətinlik nədi?
– Premyer-liqada çətinliyi arxada qoyduq. Qarşımıza qoyulan məqsəd liqada qalmaq idi. Bəlli büdcəmiz var idi. Rəqabətin çətin olacağını bilirdik. Məncə, bu mübarizədən qalib ayrıldıq. Yuxarı pillələrə qalxmaqda çətinlik yaşadıq. Millidə ilk gələndə çətinlik yaşadıq. Ağır oyunlar oldu. Ukrayna ilə matçdan bir xal qazandıq, fransızlara uduzduq. Milli komanda ondan əvvəl də bir xal qazanmışdı. Bu mövsüm tam başqadı. Hədəf Millətlər Liqasında C Liqasına qalxmaqdı. Litva, Lixtenşteyn bizə ad baxımından rahatlıq verə bilər. Amma asan oyunlar olmayacaq. Bu matçlara yaxşı hazır olmalı, qalib ruhunu yaratmalıyıq.

– Özünüzü bir neçə il də millidə görürsüzsə, bu, sual sizi maraqlandırar… Dünən U-19 yığması Litvaya 0:4 hesabıyla uduzub. Bu uşaqlar gələcəyin əsas yığmasını formalaşdıracaq…
– Realist, səmimi olaq. Problemlərdən danışıram, xoşlanılmır. Bu gün fikirləşirik ki, yığmanın müdafiə mövqeyində oyunçuların ortalama yaşı yuxarıdı. U-21 yığmasının məşqçisi ilə danışıram, o da müdafiəçi problemindən danışır. Hər kəs problemi bilir, iş baxımından başlamalı, səbirli olmalıyıq. Bəli, problemlər həllini tapana qədər aşağı yaş qrupları çox çalışmalıdı. Bu oyunçular da klublardan gəlir. Akademiyalara diqqət artmalıdı. Millinin məşqçisi 10-12 gün toplanış müddətində nəyisə çox dəyişə bilmir. Futbolçular milliyə hazır gəlməlidi. İndi baxırıq, “Sabah”ın, “Neftçi”nin, “Zirə”nin yerli oyunçuları formadadı. Bu, bizi sevindirir. Uşaq futboluna baxış dəyişməlidi. Nə qədər danışırıqsa, fərq olmur. 10 il əvvəl meydança problemindən danışırdıqsa, yenə də eyni məsələdi. Hər kəs nəticə, avroliqa, rəqabət və s. haqda danışır.

– Futbolçuların diqqəti klublarında, avrokuboklardadı. O oyunçuları qısa müddətdə necə milliyə kökləmək olar? 20 aydı, qələbə qazanmırıq…
– Səhv etmirəmsə, 4-cü toplanışımdı. Futbolçular indi çox yaxşı əhvaldadı. İlk dəfədi, belə görürəm. Futbolçular var ki, zədələri olsa belə, yığmaya gəlib, oynamaq istəyir. Onların istəyi var. Biz də belə məqamları danışırıq. Futbolçular da qələbə istəyir. Burda məşqçi, futbolçu yox, ölkə məsələsi var. İnanın, məşqlər də çox maraqlı keçir. İntensivlik var idi. Futbolçuların istəyi var. Futbolda hər nəticəyə razı olmaq lazımdı, amma ümidimiz böyükdü. Birlikdə çalışacağıq ki, bu durumdan çıxaq.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Aktual

22-11-2025, 10:0

Rüfət Abbasov hansı komandaya aiddi - əsas yığmaya, yoxsa U-21-ə?

Ölkə futbolu

7-10-2025, 14:0

Ayxan Abbasovun mətbuat konfransının və millimizin açıq məşqinin vaxtı

Ölkə futbolu

8-10-2025, 15:0

"İnanıram ki, futbolçular formanın dəyərini biləcək" - Ayxan Abbasov

Ölkə futbolu / Manşet

12-11-2025, 20:0

“İki-üç futbolçu bizi Avropa çempionatına çıxaracaq?” - Ayxan Abbasov

Ölkə futbolu / Manşet

18-03-2026, 17:0

“Rəqibə epizod verməyib, öz qapımıza qol vurduq” – Ayxan Abbasov

Aktual / Ölkə futbolu

28-03-2024, 17:0

Yusif İmanov psixoloji problem yaşayır?

Aktual
“Zirə” də Sumqayıta sığınacaq?
“Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Son xəbərlər
  • Bu gün, 10:59
    “Hara gəldiyimi və məndən nə gözlədiklərini anlayıram” - İraola “Liverpul”un baş məşqçisi kimi ilk müsahibəni verdi
  • Bu gün, 10:28
    “Zirə” də Sumqayıta sığınacaq?
  • Bu gün, 09:57
    Türkiyə turnirə məğlubiyyətlə başladı - DÇ səhəri
  • Bu gün, 01:11
    B qrupunda yenə heç-heçə - DÇ gecəsi
  • Dünən, 23:56
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 23:06
    Millimiz dünya çempionu oldu
  • Dünən, 22:35
    Azər Bağırovun köməkçiləri müəyyənləşdi
  • Dünən, 22:03
    “İkinci çempionluğumuz ən yaddaqalan və çətindi” - Okan Burukun köməkçisi ayrılmağa yaxındı
  • Dünən, 21:29
    Bazanın yaxınlığında cəsəd tapıldı
  • Dünən, 20:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 20:28
    İngilislərin əşyaları necə yoxa çıxıb?
  • Dünən, 19:59
    Lebron Ceymsə məsləhət: “Leykers”i tərk et!
  • Dünən, 19:20
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 18:50
    Dünya idmanı işğalçıya qucaq açmağa başladı?
  • Dünən, 18:20
    Milli komandada ciddi itki
  • Dünən, 17:50
    “Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
  • Dünən, 17:26
    6 oyunluq məğlubiyyət seriyasına son qoyuldu
  • Dünən, 16:57
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:27
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 15:56
    Avstraliyanın məşqçisi Türkiyə ilə oyun haqda nə dedi? - ''... bütün dünyaya göstərməyin zamanıdı''
  • Dünən, 15:25
    Premyer-liqa klublarının 2025/26 macərası nə ilə yadda qaldı?
  • Dünən, 15:11
    Mirra Andreyeva və Aleksandr Zverev!
  • Dünən, 14:45
    Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
  • Dünən, 14:20
    DÇ matçının hakimi dəyişdi!
  • Dünən, 14:07
    Bizim çempionatı onlar da bəyənmirlər
  • Dünən, 13:49
    "Şəfa" kapitanla yeni müqavilə imzaladı
  • Dünən, 13:19
    “Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
  • Dünən, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
  • Dünən, 12:40
    Antonelli ardıcıl 5-ci mərhələni qazandı!
  • Dünən, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Dünən, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Dünən, 11:33
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Dünən, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 247
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 245
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 215
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə