• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İki-üç futbolçu bizi Avropa çempionatına çıxaracaq?” - Ayxan Abbasov

Ölkə futbolu / Manşet

12-11-2025, 20:0

Sabah Bakıda DÇ-2026-ın seçmə mərhələsinin Azərbaycan – İslandiya oyunu keçiriləcək.

“Football-plus.az” xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.

- Sabah bizi gərgin və önəmli oyun gözləyir. Rəqibimiz üçün də önəmli oyundu. Futbolçularıma inanıram. İnanıram ki, azarkeşlər bizi tək qoymayacaq. Son matçda Fransadan xal alıblar. Ukraynaya məğlub olsalar da, layiq deyildilər. İlk matçda ciddi hesabla məğlub olmuşduq. İtkilərimiz var. Elvinin xəstələnməsi, Eminin sual altında olması… Azarkeşləri sevindirmək istəyirik. Buna ehtiyacımız var.

- İslandiya ilə səfər oyununda nə çatmadı?
- Oturmuş heyəti, özünəməxsus oyunu var. İlk oyunumuzdan çox da danışmaq istəmirəm. Qollardan sonra dağınıqlıq olmuşdu. Əzmkarlığı evdə də göstərib, xal almaq lazımdı.

- Məğlubiyyət qorxusu var?
- Hər oyunda qələbə istəyirik. Rəqib daha çox təzyiq altındadı. Çünki DÇ-yə yollanmaq şansı var.

- İslandiya "ikinci mərtəbədə" təhlükəlidi. Bunun qarşısını necə alacaqsız?
- Bu rəqibin üstün cəhətlərindəndi. İlk oyunda da birinci qolu standart vəziyyətdən vurublar. Bunun üzərində çalışırıq. Fransa ilə görüşdə də standart vəziyyətdən qol buraxdıq. Standart vəziyyətlərə önəm verəcəyik.

- Futbolçulara özünəinam hissi gəlib. Bunu necə etdiz?
- Futbolçulara inam verməliyik. Bu, məşqçilərdən futbolçulara keçir. Danışırıq. Harda olduğumuzu dərk etməliyik. Ölkənin birinci komandasında çıxış edirlər. Hansı rəqiblərlə qarşılaşacağımızı bilirik. Futbol inkişaf edir. Meydanda istəkli olmağa heç nə mane olmur. Hansısa keyfiyyətdə uduza bilərik, amma istəkli olmağa heç nə mane olmur. Futbolçular son matçlarda bunu göstərdilər. Bunu davam etdirməliyik. Oyun planında da inkişaf etməliyik. Oyundan-oyuna fərqli olmalıdı. Bu yöndə işlər davam edir.

- Milliyə 4 qapıçı dəvət etmisiz. Onlardan biri klubunda oynamayan Rza Cəfərovdu. Niyə 4 qolkiper?
- Şahruddin Məhəmmədəliyev cəzalıdı və siyahıda 3 qapıçı mütləq olmalıdı. Ona görə bir qapıçı da əlavə çağırdıq. Səlahət Ağayev təcrübəlidi. Rzanın klubunda oynamadığını bilirik. Ona dəstək olmalıyıq. O da qışdan sonra qərar verib, oynamalıdı. Rzanın yaşını nəzərə alırıq, gəncdi.

- Kamran İbrahimov son oyunlarda özünü yaxşı tərəfdən göstərir. Onun milliyə çağrılması müzakirə mövzusu ola bilər?
- Adlarla danışmaq istəmirəm. Sözüm kiminsə xətrinə dəyə bilər. Hər kəs milliyə dəvət oluna bilər. Kimin futbola necə baxdığı da önəmlidi. Nəyə görə inamlı çıxış deyirsizsə, müzakirə mövzusudu. Kamran perspektivli qapıçı olub. Bu gün məsələyə tək qurtarışla baxmırıq. Millidə böyük oyunlar olur. Şahruddin və digər qapıçılarımız az oynasa da, onların təcrübəsi yetərlidi.

- Sabah Rüfət Abbasovun oynamaq ehtimalı var? İki mərkəz hücumçusu millidədi. Renat Dadaşov da 90 dəqiqə oynamır…
- Elvin Cəfərquliyevin yoxluğu böyük itkidi. O, çox yaxşı formada idi. Millidə önəmli oyunçulardandı. Sabah Rüfəti meydanda görə bilərik. Hücumçu məsələsi yaralı yerimizdi. Qısa vaxtda böyük dəyişiklik etmək imkanımız yoxdu. Burda olanlar ən yaxşılarımızdı. Maksimum 10-12 futbolçunu da namizəd görə bilərik. Futbolçularla çox danışırıq. İnanıram ki, gələn mövsüm bu oyunçular meydanda çox olacaqlar.

- “Turan Tovuz”dan niyə milliyə dəvət alan futbolçu yoxdu?
- Faiq Hacıyevi çağırırıq. İstəyirdim yenə çağırım. Rüfət Abbasova üstünlük verdik. Faiqin mövqeyində Qismət Alıyev, Abbas Hüseynov, Rəhman Daşdəmirov var. Rəqabət böyükdü. “Turan Tovuz”da potensiallı futbolçular var. Onlar gələcək karyeralarını fikirləşməlidilər.

- Elvin Cəfərquliyev, Musa Qurbanlı və Mahir Emrelinin olmaması komandanın potensialını aşağı salacaq?
- Elvinin hazırda yaxşı formada olduğunu deməliyik. Çempionlar Liqasında bütün matçlarda oynayır. Elvin bizim üçün böyük itkidi. Musa, Mahir əvvəlki oyunlarda bizə kömək edib. Hücum potensialını fikirləşsək, Musa və Mahir bizim üçün böyük itkidi. Hücumda variantlarımız azalıb.

- İslandiya millisinin baş məşqçisi bildirdi ki, Azərbaycanda sistem eynidi, sadəcə, indiki milli daha istəkli oynayır…
- Sistem eyni deyil, fərqlidi. Son oyunlarımıza baxıb, istəklə bağlı belə danışıb. Fransa millisi də bizə qarşı ciddi hazırlaşmışdı, Ukrayna da. Biz də rəqibi təhlil edirik. İstəklə bağlı düz deyib.

- Əcnəbi futbolçuları “milliləşdirməklə” bağlı məsələyə münasibətiniz?
- Bu dəqiqə buna ehtiyac görmürəm. Şəxsi fikrimdi. Əvvəlcə qarşımızdakı məqsədi bilməliyik. İki-üç futbolçu bizi Avropa çempionatına çıxaracaq? Öz futbolçularımıza üstünlük veririk.

- Xəyal Əliyevə qulaqburması verdiz?
- Xəyal istedadlı futbolçudu. Belə davam edərsə, ən yaxşı futbolçularımızdan biri ola bilər. Hər bir futbolçunun mənfi xüsusiyyətləri var. Bu yaşda səhv edə bilərik. U-21 yığmasından qısa müddətdə A komandaya çağrılıb, əsas heyətdə görürüksə, az iş deyil. Onların beynəlxalq təcrübələrinin olmasını istəyirik.

- U-19 yığması bir qədər əvvəl Çexiyaya 1:6 hesabıyla uduzub. A millinin baş məşqçisi kimi bu sizi narahat edir?
- Əlbəttə. İnanın ki, 3-4 gün öncə AFFA-da idim. Baş katiblə bu oyunlar haqda danışırdıq, mövzu elə yerə getdi ki, uşaq futbolu, problemlər… Bir də gördük ki, 4 saatdı danışırıq. Çox çətindi. Bizdən üstün rəqiblərə qarşı çətinlik çəkirik. Tək əsas milli yox, digər yığmalar da. Deməli, biz onlardan zəifik. Biz inkişaf ediriksə, onlar 5 addım atır. Biz bir meydança tikib seviniriksə, onlar 12-ni tikir. Bu rəqabətdə uduzacağıq. Amma təslim olmalıyıq? Yox. Bir az da aktiv olmalıyıq, problemləri həll etməliyik. Futbolçuların inkişafı üçün klublar önəmlidi. O futbolçular klubdan gəliblər. Klublardakı iş önəmlidi. Klublarda uşaq futboluna necə yanaşacağıq? Uşaq futbolu ayrılmalıdı. Bəlkə də normaldı. Bəzi böyük klublar var ki, akademiyaları çox zəifdi. Daha çox kənardan oyunçu gətirirlər. Bizdə proses getməlidi, uşaq komandaları artmalıdı. Bunlar olmasa, belə hesablar olacaq.

MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

11-11-2025, 12:0

Əvvəl İslandiya, sonra Ayxan Abbasov...

Ölkə futbolu

20-09-2024, 20:0

"Bilirdik ki, bizi çətin oyun gözləyir" - Ayxan Abbasov

Premyer-liqa / Manşet

6-04-2024, 20:0

"Avrokuboklar uğrunda oynamaq istəyirik" - Ayxan Abbasov

Ölkə futbolu / Manşet

8-09-2025, 12:0

Rəşad Eyyubov və Mahir Emreli Ukraynaya qarşı oyun haqda danışdı

Ölkə futbolu / Manşet

12-11-2025, 20:0

“Ayxan Abbasovun gəlişindən sonra çox şey dəyişməyib” - Anton Krivotsyuk

Ölkə futbolu / Manşet

9-10-2025, 22:0

"Uşaqlar bu cür matçlarda özlərini göstərməlidilər” - Ayxan Abbasov

Aktual
“Zirə” də Sumqayıta sığınacaq?
“Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Son xəbərlər
  • Bu gün, 12:23
    Acun Ilıcalı “Hall Siti” fanatlarına Antalyada istirahət şansı yaratdı
  • Bu gün, 11:51
    "Şamaxı"nın sabiq futbolçusu Ermənistan klubunda
  • Bu gün, 11:20
    Millimiz Alikantedə İspaniya ilə üz-üzə
  • Bu gün, 10:59
    “Hara gəldiyimi və məndən nə gözlədiklərini anlayıram” - İraola “Liverpul”un baş məşqçisi kimi ilk müsahibəni verdi
  • Bu gün, 10:28
    “Zirə” də Sumqayıta sığınacaq?
  • Bu gün, 09:57
    Türkiyə turnirə məğlubiyyətlə başladı - DÇ səhəri
  • Bu gün, 01:11
    B qrupunda yenə heç-heçə - DÇ gecəsi
  • Dünən, 23:56
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 23:06
    Millimiz dünya çempionu oldu
  • Dünən, 22:35
    Azər Bağırovun köməkçiləri müəyyənləşdi
  • Dünən, 22:03
    “İkinci çempionluğumuz ən yaddaqalan və çətindi” - Okan Burukun köməkçisi ayrılmağa yaxındı
  • Dünən, 21:29
    Bazanın yaxınlığında cəsəd tapıldı
  • Dünən, 20:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 20:28
    İngilislərin əşyaları necə yoxa çıxıb?
  • Dünən, 19:59
    Lebron Ceymsə məsləhət: “Leykers”i tərk et!
  • Dünən, 19:20
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 18:50
    Dünya idmanı işğalçıya qucaq açmağa başladı?
  • Dünən, 18:20
    Milli komandada ciddi itki
  • Dünən, 17:50
    “Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
  • Dünən, 17:26
    6 oyunluq məğlubiyyət seriyasına son qoyuldu
  • Dünən, 16:57
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:27
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 15:56
    Avstraliyanın məşqçisi Türkiyə ilə oyun haqda nə dedi? - ''... bütün dünyaya göstərməyin zamanıdı''
  • Dünən, 15:25
    Premyer-liqa klublarının 2025/26 macərası nə ilə yadda qaldı?
  • Dünən, 15:11
    Mirra Andreyeva və Aleksandr Zverev!
  • Dünən, 14:45
    Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
  • Dünən, 14:20
    DÇ matçının hakimi dəyişdi!
  • Dünən, 14:07
    Bizim çempionatı onlar da bəyənmirlər
  • Dünən, 13:49
    "Şəfa" kapitanla yeni müqavilə imzaladı
  • Dünən, 13:19
    “Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
  • Dünən, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
  • Dünən, 12:40
    Antonelli ardıcıl 5-ci mərhələni qazandı!
  • Dünən, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Dünən, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Dünən, 11:33
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 250
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 248
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 217
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə