“Marsel” prezident Pablo Lonqoriya ilə yolları ayırıb.
"Football-plus.az" xəbər verir ki, Fransa klubu 6 il müxtəlif vəzifələrdə komandanın uğurları üçün çalışan funksionerlə əməkdaşlığa vaxtından əvvəl xitam verildiyini elan edib.
Klubun yaydığı rəsmi bəyanatda Lonqoriyanın xidmətləri yüksək qiymətləndirilib.
“Marsel” hazırda Fransa Liqa 1-inin turnir cədvəlində 3-cü yeri tutur.